Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2024 20:58
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın Sayda şəhərində avtomobili vurub.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Naharnet" xəbər portalı məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində Fələstinin HƏMAS hərəkatının komandirlərindən biri - Samer əl-Hac ölüb. Avtomobildə olan daha bir nəfər yaralanıb.
Portalın məlumatına görə, Əl-Hac Sayda şəhərinin kənarında yerləşən Ayn əl-Hilvə fələstinli qaçqın düşərgəsində təhlükəsizlik xidmətinə rəhbərlik edib.