Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2024 10:28
Ermənistanın Baş naziri Nikol Paşinyan öz kabinetində orta məktəb şagirdlərini qəbul edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Paşinyan şagirdlərə Azərbaycanla sərhəddə yerləşdirilmiş ilk sərhəd dirəyinin maketini göstərib.
O, həmçinin Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası barədə danışıb.
"Sərhəd dövlətin mühüm simvoludur. Bu il Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası Tavuş vilayətində aparılıb", - Paşinyan deyib.