Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qara Qarayev ''Neftçi''dən GEDİR?

Qara Qarayev ''Neftçi''dən GEDİR?

Tarix: 16 Avqust 2024 18:40

Ötən mövsüm "Qarabağ"dan "Neftçi"yə transfer olunan futbolçu Qara Qarayevin son zamanlar məşqlərə qatılmadığı və klub rəhbərliyi ilə arasının yaxşı olmadığı deyilir.

Milli.Az bildirir ki,  məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran klubun mətbuat katibi Asəf Zeynallı Qara Qarayevin komandada qalacağını bildirib.

"Bu barədə bir çox xəbərlər yayılsa da, Qara Qarayev məşqlərə qatılır və hər şey qaydasındadır. Onun klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlər doğru deyil".

Xatırladaq ki, Qara Qarayev 2023/24 mövsümündə "Qarabağ"dan "Neftçi" klubuna illik 250 min manatlıq maaş təklifini qəbul edərək keçmişdi. Futbolçu "ağ-qaralar"ın forması ilə çıxdığı 25 oyunda bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb. Qara Qarayevin "Transfermarkt" portalındakı satış dəyəri isə 350 min avrodur.

Milli.Az


Etiketlər:  Qara Qarayev Neftçidən GEDİR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ