Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2019 12:15
Bakı. İlhamə İsabalayeva - Trend:
Turizm dəhlizləri boyu müəyyən olunmuş sahələrdə sanitar qovşaqların tikintisi nəzərdə tutulub.
Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib.
Onun sözlərinə görə, ölkənin ən vacib məsələlərindən biri turizm dəhlizləri boyunca sanitar qovşaqların olmamasıdır: "Bu, regionlara gedən turistləri çox narahat edir. Sevindirici haldır ki, artıq bununla bağlı işlər görülür və yekunlaşmaq üzrədir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin