Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

HƏMAS Blinkenin çağırışını rədd etdi

HƏMAS Blinkenin çağırışını rədd etdi

Tarix: 20 Avqust 2024 13:50

HƏMAS-ın yüksəkrütbəli rəsmisi Usamə Həmdan ABŞ dövlət katibi Antoni Blinkenin Qəzza zolağında girovların azad edilməsi və atəşkəs üçün yenilənmiş təkliflə bağlı çağırışını tənqid edib.

Sonxeber.net bildirir ki, bu barədə Oxu.Az Interfax.ru-ya istinadən xəbər verir.

"Biz yalnız Baydenin bir neçə ay əvvəl razılaşdığımız təklifini həyata keçirməyə razı olacağıq", - deyə Hamdan "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, israillilər Baydenin təklifinə daxil olan məsələlərdən imtina ediblər.

"Netanyahunun yenilənmiş təklifə razılıq verməsi ilə bağlı sözləri onu göstərir ki, ABŞ administrasiyası onu əvvəlki razılaşmanı qəbul etməyə inandıra bilməyib", - deyə Həmdan qeyd edib.

Onun fikrincə, ABŞ sadəcə İsrail üçün vaxt qazanır.

HƏMAS təkid edir ki, atəşkəs razılaşması Qəzzada müharibənin tam şəkildə sona çatmasını və İsrail qoşunlarının çıxarılmasını təmin etməlidir.

Xatırladaq ki, daha əvvəl ABŞ dövlət katibi Antoni Blinken İsrailin ardınca HƏMAS-ı ABŞ-nin təklifləri ilə razılaşmağa çağırıb.

Blinkenin sözlərinə görə, Netanyahu keçən həftə Dohada İsrail və HƏMAS arasında keçirilən danışıqlarda ABŞ-nin təqdim etdiyi təklifi İsrailin qəbul etdiyini təsdiqləyib.

"İndi isə HƏMAS razılaşmalıdır", - deyə ABŞ dövlət katibi əlavə edib.


Etiketlər:  HƏMAS Blinkenin çağırışını rədd etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ