Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldu sosial şəbəkədə yeni rekorda imza atıb

Ronaldu sosial şəbəkədə yeni rekorda imza atıb

Tarix: 21 Avqust 2024 23:44

Beşqat "Qızıl top"un sahibi, portuqaliyalı hücumçu Kriştianu Ronaldu "YouTube" platformasında rekorda imza atıb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, oyunçunun yutub kanalı yaradıldıqdan cəmi bir saat yarım sonra ona bir milyon insan abunə olub.

"YouTube" bu nailiyyəti münasibətilə futbolçunu təbrik edib.

Xatırladaq ki, Ronaldo 2023-cü il yanvarın 2-də ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun futbolçusu olub. Portuqaliyalı karyerası ərzində beş dəfə "Qızıl top" qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.


Etiketlər:  Ronaldu sosial şəbəkədə yeni rekorda imza atıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ