Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qrossi özü elan etdi: Kurska səfəri hazırlanır...

Qrossi özü elan etdi:  Kurska səfəri hazırlanır...

Tarix: 22 Avqust 2024 08:40

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi gələn həftə Kursk atom elektrik stansiyasına səfər etməyi planlaşdırdığını açıqlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, bu barədə "Faynənşl Tayms" qəzetinə müsahibəsində bildirib .

"Qrossi gələn həftə Kursk Atom Elektrik Stansiyasına baş çəkəcəyini və onun rəhbərliyi ilə danışacağını və AES-ə qarşı hücumların olub-olmadığını müəyyən edəcəyini bildirib", - nəşr yazıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qrossinin avqustun sonunda Kursk AES-ə səfəri üçün prosedurlar hazırlanır.

Milli.Az


Etiketlər:  Qrossi özü elan etdi Kurska səfəri hazırlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ