Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2024 17:58
Qərb Ermənistana təhlükəsizlik zəmanəti verməyəcək, Rusiyanı da itirdik.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.
"Məqsədimizə çatdıq, Rusiyanı özümüzə düşmən etdik, onu Azərbaycanla daha da yaxınlaşdırdıq. Ruslar onsuz da geniş imkanları olan Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər qurmaqda maraqlıydı. Biz də düşmənlərimizə kömək etdik, Rusiya ilə düşmənçilik etdik, indi Azərbaycan və Türkiyə ilə münasibətlərini daha da dərinləşdirəcək. Beləliklə, 1918-1920-ci illərə - Gümrü müqaviləsinə qayıdırıq. Məqsədimizə çatdıq, indi bölgədə təkcə Rusiya, Türkiyə və Azərbaycan yox, İranla da üz-üzə qalmışıq", - ekspert qeyd edib.
Xaçikyanın sözlərinə görə, region ölkələrini özünə düşmən edən Ermənistan üz tutduğu Qərbdən də heç nə ala bilməyəcək:
"Bunun müqabilində Qərb bizə boş vədlər verir, heç bir şey verməyəcək, nəinki təhlükəsizlik zəmanəti. Bunun nəticələri Ermənistan üçün çox ağrılı olacaq - iqtisadi, siyasi, eləcə də hərbi. Həm də qazın qiyməti dəyişəcək, Rusiyaya ixracımız azalacaq. Rusiyanın bizi cəzalandırmaq üçün çoxlu rıçaqları var, bunun əvəzini təkcə bu siyasəti yürüdən hökumətimiz yox, hamımız ödəyəcəyik. Bütün Ermənistan çox ağır nəticələrlə üzləşəcək. Ölkəmizi, suverenliyimizi itirməkdə davam edirik, Gümrü müqaviləsinə qayıdacağıq. Buna görə hamını təbrik edirəm, xüsusən də bizi bu yerə gətirib çıxaran hökumətimizi".
Politoloq Belarus Prezidenti Aleksandr Lukaşenkonun "ermənilər heç kimə lazım deyil" açıqlamasına belə cavab verib:
"Xarici siyasətimizin nəticəsidir ki, biz artıq heç kimə lazım deyilik, yarımmüttəfiqimiz Rusiyanı da itirdik və əvəzində heç nə əldə etmədik. Qərbin Rusiyanı əvəz edəcəyi ilə bağlı bütün vədlər yalandır. Qərbdən qrant alan təbliğatçılar bizi aldatdılar və indi də aldadırlar, illərdir bunu edirlər. Təəssüf ki, Lukaşenkonun söylədiklərinin əsası var".