Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ilin ən yaxşı kameralı telefonları – SİYAHI

Bu ilin ən yaxşı kameralı telefonları – SİYAHI

Tarix: 24 Avqust 2024 07:28

Kamera imkanları telefon seçərkən əsas amillərdən biridir. Şəkillərin keyfiyyətini yüksək qiymətləndirirsinizsə , mobil cihazların foto və video imkanlarını müqayisə edən nüfuzlu "DxOMark" portalı həvəskar fotoqraflar üçün ən yaxşı cihazların adını açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, sözügedən siyahıda lider mövqeyi "Huawei Pura 70 Ultra" tutub. İstər açıq havada, istərsə də qapalı məkanda hər cür fotoqrafiya və işıqlandırma şəraiti üçün uyğun hesab olunur.

Smartfon 50+50+40 meqapiksellik üçbucaqlı kamera bloku ilə təchiz edilib və əsas xüsusiyyətlərdən biri Sensor-Shift IS matrisinin sabitləşməsinə və dəyişən aperturaya malik geri çəkilə bilən 1 düymlük kameradır. 

İkinci yeri "Honor Magic 6 Pro" tutub. Onun kamerasında 180, 50 və 50 meqapiksellik linzalar var, həmçinin 5x hibrid böyütmə və 100X rəqəmsal böyütmə də var. Digər vacib xüsusiyyət əsas kamerada dəyişən diafraqmadır (f/1.4 və ya f/2.0).

Üçüncü və dördüncü yerləri "Huawei Mate 60 Pro+" və 2Oppo Find X7 Ultra" bölüşdürür. Hər iki cihaz həm foto çəkərkən, həm də video yazarkən yaxşı rəng reproduksiyası və ağ balansı, zum fotoşəkillərində yaxşı detallar və dəqiq ekspozisiya təklif edir. 

İlk beşliyi tamamlayan "iPhone 15 Pro Max" olub. Onun kamerası bazarda ən yaxşılardan biri hesab edilən sələfi ilə müqayisədə daha da yaxşılaşıb. Bir 48 meqapiksellik obyektiv və iki 12 meqapiksellik modul möcüzələr yaradır.
Mütəxəssislər həmçinin bazarda ən yaxşı kameralara malik cihaz axtarırsınızsa, "Google Pixel 8 Pro", "Oppo Find X6 Pro", "Honor Magic 5 Pro", "Vivo X100 Pro" və "Xiaomi 14 Ultra" ilə yaxından tanış olmağı məsləhət görürlər.

Yalnız iki kameraya - 50 və 12 meqapikselə malik olmaqla 15-ci yeri tutan "Google Pixel 8"i də vurğulamalıyıq. Başlanğıc qiyməti 699 dollar olan bu, siyahıdakı ən ucuz kameralı telefondur.

Milli.Az


Etiketlər:  ilin yaxşı kameralı telefonları SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ