Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2024 01:08
Moskva vilayətində "Rajik Nijnevartovski" ləqəbi ilə tanınan qanuni oğru Rajidin Mihrəliyevin meyiti aşkarlanıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb .
Bildirilib ki, cinayətkarın cəsədi Lenin şəhərinin Drujba qəsəbəsində tapılıb. Ehtimal edilir ki, o, olümündən əvvəl kriminal cəmiyyətin yerli nümayəndələri ilə mübahisə edib.
Nijnevartovski intihar qeydi qoymayıb. Amma onun intihar etmədi də ehtimallar arasındadır.
Mihrəliyev 1970-ci ildə Dağıstanın Asakent şəhərində doğulub. 2013-cü ildə ona kriminal avtoritetlər - Vasya Voskres və Zyatek tərəfindən "tac qoyulub".
Sağlığında Mihrəliyev bir neçə sui-qəsd cəhdindən sağ çıxıb. O, narkotik saxlama ittihamı ilə də dəfələrlə məsuliyyətə cəlb edilib.