Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yaşarla özünü reklam edir, elə bil...”- Rəhimə Nuriyeva - VİDEO

“Yaşarla özünü reklam edir, elə bil...”- Rəhimə Nuriyeva - VİDEO

Tarix: 28 Avqust 2024 11:40

"Mən bir şeyi başa düşə bilmirəm ki, bu oğlan kimdir? Onun sənəti nədir? Bilinmir ki, o restoranı reklam edir, öz bişirdiyi yeməyi reklam edir yaxud da Yaşarın yanında özünü reklam edir? Yaşar Yaşardır. Onun reklama ehtiyacı yoxdur"
 
Sonxeber.net bildirir ki, bunu moderator.az -a açıqlamasında xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva gənc aktyor Rəşidin sənətkarı parodiya etməsinə münasibət bildirərkən deyib. O daha sonra bildirib ki, gənc özünü Yaşar Nuri ilə reklam edir.
 
"Yaşar zirvədir. Gənc aktyorlardan heç kimin ona əli çata bilməz ki, o zirvəyə qədər qalxa bilsin. Cavanların da o zirvəyə qalxması üçün uzun müddət vaxt lazımdır ki, o adı qazanıb saxlaya bilsinlər. Bu parodiya deyil. Elə bil burnunda əti var, özü öz səsini idarə edə bilmir. Əgər bacarmırsansa parodiya etmə. Gərək o qədər oxşadasan ki, müəyyən mənada o olmasa da, həmin şəxsə yaxın bir parodiya olsun. Bunların heç biri həmin oğlanda yoxdur. Elə bil ki, küçədən kimisə tutub deyiblər ki, gəl filankəsin səsi ilə danış Sənətkarları parodiya etmək çox çətindir. Bir anlıq nəsə oxşada bilərlər, amma eynən oxşada bilməzlər. Çünki əsl sənətkar başqa bir aləmdir. Parodiya edən gərək o qədər həmin insanın aləminə aludə olsun ki.. Bunun üçün həmin şəxsin filmlərinə, tamaşalarına, əsərlərinə baxmaq lazımdır. Mənim üçün parodiya başqa bir sənətdir. Parodiya edənlər də düşünməlidirlər ki, kimi edirlər. Diqqətli olmalıdırlar. Parodiya elə-belə "haha-hihi" etmək deyil" deyə o bildirib.
Rəhimə Nuriyeva deyir ki, Yaşar Nurini onun sağlığında da parodiya ediblər.
 
"Yaşarı sağlığında da parodiya ediblər. Heç kimə sədd qoymayıb. Onlara qulaq asıb heç vaxt deməzdi ki, yaxşıdır, pisdir. Sadəcə oturub, baxıb gülərdi. Vəssalam! Bəlkə bu zamanda o sağ olsaydı mənasız parodiyalara baxıb nəsə deyə bilərdi. Yaşar heç kimin pisliyini istəməzdi. Hamı ona o qədər hörmət edirdi ki.. Yaşarın da onlara hörməti var idi. Yaşar üçün yalnız sənəti, onun yaratdığı obrazlar idi. Sənətkar sənətkardır. O vaxtkı bütün sənətkarlar sənətin zirvəsində idilər. Bu gün barmaqla sayılası gənclər var ki, gələcəkdə bəlkə də onlardan güclü aktyor çıxsın. Onlara vaxt, zaman lazımdır. Onlar hələ sənət üçün heç nə etməyiblər. Hələ obrazlar qalereyası yaratmalıdırlar" deyə aktyorun xanımı bildirib.


Etiketlər:  Yaşarla özünü reklam edir elə Rəhimə Nuriyeva VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ