Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dilarə Əliyeva qeyri-adi istedadından danışdı

Dilarə Əliyeva qeyri-adi istedadından danışdı

Tarix: 29 Avqust 2024 18:45

"Mənim telefon nömrələrini yadımda saxlamaq kimi unikal istedadım var. Demək olar ki, mən telefonumdaki nömrə siyahısına baxmıram. Nömrəyə bir dəfa baxdımsa bəs edir. Mən o nömrəni yaddaşımda saxlyaraq yığıram".

Sonxeber.net olay-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində deyib.

Aktrisa bildirib ki, məktəb və universitet illərində zəng etdiyi sinif və qrup yoldaşlarının ev nömrələrini də əzbər bilir:

"Hətta 5-ci və 6-ci sinifdə sinif yoldaşlarımdan hansının ki, ev telefonuna zəng etmişəm o da yadımdadır. Universitet illərində qrup yoldaşımın ev telefonuna zəng etmişdim. Sonradan ondan soruşanda ki, yenə də budur sizin ev telefonunun nömrəsi şoka düşdü. Dedi ki, hə o nömrədir. Bu da bir fitri istedaddır. Hər dahi də nəsə olurda..."


Etiketlər:  Dilarə Əliyeva qeyri istedadından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ