Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"X" şirkətinin baş qərargahı bağlanır

Tarix: 31 Avqust 2024 13:52

İlon Maskın "X" şirkəti işçilərini San-Fransiskodakı (ABŞ) qərargahını bağlayacağı barədə xəbərdar edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Fortune" şirkətdəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, "X" işçilərə San Fransisko ofisinin bağlanma tarixini 13 sentyabr 2024-cü il kimi göstərən qısa bildiriş göndərib. İşçilərin şirkətin San Xose və Palo Altodakı filiallarına köçürülməsi planlaşdırılır. "X"in yeni qərargahının yeri hələ müəyyən edilməyib, lakin "Fortune" onun Texasda açıla biləcəyini təxmin edir.

"Washington Post" daha əvvəl bildirmişdi ki, bu qərar "Twitter"in adının "X"ə dəyişdirilməsindən sonra San-Fransisko ofisində bəzi işçilərin ixtisar edilməsi, eləcə də bir çox qalan işçilərin pandemiyadan bəri uzaqdan işləməyə davam etməsi ilə bağlı ola bilər.

İyul ayında İlon Mask özünün "X" səhifəsində bildirib ki, ştatın qubernatoru Qevin Nyusom tərəfindən imzalanmış məktəblərdə LGBT hüquqlarını təşviq edən Kaliforniya qanununa görə onun "SpaceX" şirkəti baş qərargahını San-Fransiskodan Texasa köçürür.

Milli.Az


Etiketlər:  X şirkətinin baş qərargahı bağlanır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ