Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2024 15:00
Tatarıstan Respublikasının Tetyuşi şəhərində 11 yaşlı məktəbli Lenin küçəsində yerli mağazadan aldığı şaurmanı yedikdən sonra ölüb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, qız şaurma yedikdən iki gün sonra şiddətli ürək bulanmasından şikayət edib. Yaxınları onu xəstəxanaya aparıb, həkimlər ona zəhərlənmə diaqnozu qoyublar.
Həkimlər məktəbli qızın həyatı üçün beş gün mübarizə aparsalar da, nəticəsi olmayıb. Qız avqustun 27-nə keçən gecə dünyasını dəyişib.
Qeyd olunur ki, şaurmanın alındığı müəssisə ilə bağlı araşdırma aparılır.