Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalılara Zəngəzurla bağlı tövsiyə: Bu xəyali dəhliz olmayacaq

Rusiyalılara Zəngəzurla bağlı tövsiyə:  Bu xəyali dəhliz olmayacaq

Tarix: 4 Sentyabr 2024 12:06

İranın "Tasnim news" nəşri "Rusiyalılara Zəngəzurla bağlı tövsiyə: Bu xəyali dəhliz olmayacaq" başlıqlı məqalə yayımlayıb.

Sonxeber.net bildirir ki, məqalədə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında nəqliyyat əlaqəsinin tezliklə açılmasının vacibliyi ilə bağlı fikirləri əks olunub.

Nəşr yazır ki, Zəngəzur dəhlizi NATO-nun Cənubi Qafqaza qəbul edilməz nüfuz etməsi anlamına gəlir. Bundan əlavə, agentlik Rusiyaya xatırladır ki, İran həmişə onunla Qərbə qarşı çiyin-çiyinə dayanıb və hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi üzərində işlər aparıldığı bir zamanda belə bəyanatların verilməsi ağılasığmazdır.

Məqalədə vurğulanır ki, Zəngəzur dəhlizinin açılması İranın Avropaya olan qapılarından birinin bağlanması və İranın qonşularının sayının azalması deməkdir.

"Müəyyən bir ölkə öz sərhədləri xaricində yeni qarşıdurma cəbhəsi açaraq problemlərini həll edəcəyini düşünürsə, onda dünyanın heç bir yeri təhlükəsiz olmayacaq və dünyada daimi xaos hökm sürəcək", - deyə məqalədə bildirilir.


Etiketlər:  Rusiyalılara Zəngəzurla bağlı tövsiyə xəyali dəhliz olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ