Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2024 18:24
Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini, general-mayor Konstantin Voronkin rüşvət almaqda təqsirləndirilir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, ölkənin Daxili İşlər Nazirliyi bu barədə məlumatı təsdiqləyib.
Qurumdan bildirilib ki, törətdiyi ehtimal olunan cinayət hadisəsi 2023-cü ildə baş verib.
Nazirlik, həmçinin K. Voronkinin saxlanıldığını və faktın ölkənin hüquq-mühafizə orqanlarının birgə istintaq qrupu tərəfindən araşdırıldığını açıqlayıb.