Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Küçələrdə balıqlar üzür, su avtomobillərin pəncərələrinə qədər qalxır: Texas daşqınların əsarətində

Küçələrdə balıqlar üzür, su avtomobillərin pəncərələrinə qədər qalxır: Texas daşqınların əsarətində

Tarix: 5 Sentyabr 2024 22:46

Texasda (ABŞ) bir neçə gündür davam edən əlverişsiz hava şəraiti bu gün ştatda vəziyyəti daha kritik hala gətirib. Leysanın səbəb olduğu güclü daşqın regionun bir çox şəhərlərində həyatı, demək olar ki, iflic edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sakinlər təbii fəlakətin nəticələri ilə bağlı sosial şəbəkələrdə kadrlar paylaşırlar.

Onların sözlərinə görə, suyun səviyyəsi bəzi yerlərdə avtomobillərin pəncərələrinə qədər qalxır, bəzi maşınları isə coşqun axın tamamilə yuyub aparır.

Sakinlər küçələrdə, hətta balıqların üzdüyünü bildiriblər.

Sinoptiklər yağışların azı daha iki gün davam edəcəyini proqnozlaşdırırlar.


Etiketlər:  Küçələrdə balıqlar üzür avtomobillərin pəncərələrinə qədər qalxır Texas daşqınların əsarətində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ