Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2024 04:04
"Titanik" filminin aktrisası Keti Beyts karyerasını sonlandırır.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "The New York Times" qəzetinə müsahibəsində bildirib.
O, adını açıqlamadığı filmdəki rolundan sonra artıq aktrisalıq etməyəciyini qeyd edib.
Qeyd edək ki, Beyts karyerasına 1970-ci illərdə başlayıb. O, "Oskar" qazandığı Stiven Kinqin "Mizeri" filmindəki "Enni Uilks" rolu ilə populyarlıq qazanıb. Aktrisa bundan sonra 150-dən çox əsərdə rol alıb. Ən məşhurları arasında isə "Titanik", "Amerika dəhşət hekayəsi", "Ofis", "İki yarım kişi", "Şmidt haqqında", "Evdəki müharibə", "Qızardılmış yaşıl pomidor", "Aclıq sinfinin lənəti" var.
Milli.Az