Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2024 00:32
Suriyanın Deyr əz-Zor əyalətinin Əl-Bukəmal şəhərində naməlum silahlı şəxslər SEPAH-ın qadın lideri Ruqəyyə Kazem əl-Sudanini öldürüblər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.
Onun meyiti bu əyalətdəki tərk edilmiş binalardan birində tapılıb.
"Ümmü Zeynəb" təxəllüsü ilə Əs-Sudaninin uzun müddət Dəməşqdə yaşadığı bildirilir.
Məlumata görə, o, çox sayda qətllər törədib, habelə qadın və uşaqları "İran Mədəniyyət Mərkəzi" adlanan yerə cəlb edib.