Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada saxlanılan azərbaycanlı vəkil həbs edildi

Rusiyada saxlanılan azərbaycanlı vəkil həbs edildi

Tarix: 18 Sentyabr 2024 18:24

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"İstintaqın vəsatəti təmin edilməlidir", - məhkəmə qərardadında deyilir.

Vəkil noyabrın 15-dək istintaq təcridxanasında olacaq.

Qeyd edək ki, E.Paşayev bir gün əvvəl hərbi müstəntiqlər tərəfindən saxlanılıb və 46 milyon rubldan çox məbləğdə dələduzluqda ittiham olunur.

Milli.Az


Etiketlər:  Rusiyada saxlanılan azərbaycanlı vəkil həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ