Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2024 09:36
Ayaqları dincəltmək, ağrıları aradan qaldırmaq və müntəzəm qulluq göstərmək üçün sodadan istifadə edə bilərsiniz.
Sonxeber.net Medicina.az-a istinadən xəbər verir ki, soda xüsusilə uzun müddət ayaqüstə duranlar üçün xilasedici rol oynayır. Ayaq narahatlığını kökündən həll etmək üçün ən sadə üsul sodadan istifadə etməkdir.
Bütün gün ayaqüstə durmaq məcburiyyətində qalanlar üçün əla rahatlıq təmin edən soda ayaq ağrılarını aradan qaldırmaq və gündəlik qulluq baxımından mükəmməldir.
Faydaları:
Soda təbii təmizləyicidir. Ayaqlarda yığılmış ölü dəri hüceyrələrini və kirləri çıxarmağa kömək edir, nəticədə ayaq səthi daha təmiz və hamar olur.
Soda pis qoxuları udur, ayaqlardakı xoşagəlməz qoxuları azalda və təravət hissi verə bilər.
Ayaqlara soda tökmək göbələkləri azaldır.
Soda açıq yaraları təmizləməyə və iltihabı azaltmağa kömək edə bilər.