Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xuraman övladı üçün göz yaşı tökdü - VİDEO

Xuraman övladı üçün göz yaşı tökdü - VİDEO

Tarix: 20 Sentyabr 2024 12:50

Aktrisa Xuraman Əlizadənin oğlu Əlinin səhhəti pisləşib.

Sonxeber.net olay-a istinadən bildirir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında açdığı canlı yayımda məlumat yayıb.

Xuraman ağlayaraq bildirib ki, övladı məktəbdə xəstələnib:

"Əlidən danışanda mən kövrəliyəm. Çünki Allah onu mənə 35 yaşımda verdi. Mən heç zaman deyə bilmərəm ki, onu mənə gec verdi. Bu Allahın məsləhətidir. Oğlum xəstələnəndə mən bir ana kimi çox pis oluram. Onun indi hərarəti də var.Əlinin bronxlarında problemlər var. Bu səbəbdən qorxuram ki, birdən gecə ona nəsə olar. Ona zoğallı çay verdim. Hətta nəfəs aparatı belə alıb hazır qoymuşam ki, birdən nəsə olar. Xəstəlik səbəbi ilə Əlinin burnu tutulub və nəfəs ala bilmədi. Bir var ki, 19-20 yaşında ana olasan bir də var ki, 35... O yaşda uşağın analıq hissini necə dərk etməsi dəhşət bir məsələdir. Əslində mən o qədər deyib-gülməyi sevən insanam. Amma övladın gözünün önüdə o cür halsız olanda pis təsir edir. Əli sakitləşdi və uzanıb, yatdı. Atası yanımızda deyil. Hazırda o rayondadır. Hər şey düzələcək"

Qeyd edək ki, X.Əlizadə ailəlidir. Onun bir oğul övladı var. Bu aktrisanın ikinci evliliyidir.


Etiketlər:  Xuraman övladı üçün göz yaşı tökdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ