Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çox işləmək beyin üçün zərərlidir: Neyrobioloqlardan TÖVSİYƏ

Çox işləmək beyin üçün zərərlidir: Neyrobioloqlardan TÖVSİYƏ

Tarix: 21 Sentyabr 2024 07:45

Müasir həyat ritmi çox vaxt bizi imkanlarımızın son həddində işləməyə, ofisdə gecəyarısına qədər oturmağa və ya evdə kompüter arxasında uzun saatlar keçirməyə məcbur edir. Lakin neyrobioloqların son tədqiqatları göstərib ki, gündə 4 saatdan çox intensiv zehni fəaliyyət nəinki məhsuldarlığıı artırmır, hətta beyin üçün zərərli ola bilər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "360 TV" ekspertlərə istinadla xəbər verib.

Bildirilib ki, alimlər uzun müddət fasiləsiz işləyərkən beyin hüceyrələrinin bərpa oluna bilmədiyini və yığılmış yorğunluğun növbəti günə keçdiyini, bunun da işin səmərəliliyini və diqqəti azaltdığını vurğulayıblar.

Onlar işin məhsuldarlığını artırmaq üçün aşağıdakı sxemə riayət etməyi tövsiyə edirlər:

- Tapşırığın ən çətin hissəsini ilk 20 dəqiqədə yerinə yetirmək;

- Sonra daha sadə tapşırıqlara keçmək;

- Qısa fasilə etmək;

- Çətin və sadə tapşırıqları növbələşdirərək işə davam etmək.

Neyrobioloqlar vurğulayırlar ki, müntəzəm fasilələr etmək, fəaliyyət növlərini növbələşdirmək və beyni həddindən artıq yükləməməklə uzun illər ərzində zehni aydınlığı, yaradıcılığı və məhsuldarlığı qoruyub saxlamaq olar.


Etiketlər:  Çox işləmək beyin üçün zərərlidir Neyrobioloqlardan TÖVSİYƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ