Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliyada əyləncə gecəsində yaranan basırıqda doqquz nəfər ölüb

Braziliyada əyləncə gecəsində yaranan basırıqda doqquz nəfər ölüb

Tarix: 2 Dekabr 2019 06:48

Bakı. Trend:

Braziliyanın Sao Paulo şəhərində əyləncə gecəsində yaranan basırıq nəticəsində doqquz nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Reyter" agentliyi polisə istinadən bildirib.

Polisin iki nəfəri həbs etdirməyə çalışması nəticəsində 5 min insanın iştirak etdiyi bir gəcədə basırıq yaranıb. Həmin iki nəfər Paraizopolis rayonunda asayişi pozurmuşlar. Şübhəlilər motosikletlə qaçaraq polislərə atəş açıblar, sonra əyləncə gecəsinin iştirakçıları arasında gizlənməyə çalışıblar.

Polis əməkdaşları cavab olaraq rezin güllələrdən və kimyəvi maddələrdən istifadə ediblər. Hadisə, orada olanlar arasında çaxnaşmaya və basırığa səbəb olub.

Bütün xəsarət alanların xəstəxanaya aparıldığı bildirilir.


Etiketlər:  Braziliyada əyləncə gecəsində yaranan basırıqda doqquz nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ