Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov estoniyalı həmkarına Bakı ilə İrəvan arasında normallaşma prosesindən danışdı - FOTO

Ceyhun Bayramov estoniyalı həmkarına Bakı ilə İrəvan arasında normallaşma prosesindən danışdı - FOTO

Tarix: 25 Sentyabr 2024 02:21

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində estoniyalı həmkarı Marqus Tsaxkna ilə görüşüb.

Bu barədə Milli.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabına istinadən xəbər verir.

Görüş zamanı diplomatlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün yüksəksəviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun əhəmiyyəti vurğulayıblar.

Nazir Ceyhun Bayramov estoniyalı həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı perspektivlər və çağırışlar barədə məlumatlandırıb.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov estoniyalı həmkarına Bakı ilə İrəvan arasında normallaşma prosesindən danışdı FOTO


RƏYLƏR