Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zidanın oğlu karyerasını bitirdi

Zidanın oğlu karyerasını bitirdi

Tarix: 25 Sentyabr 2024 06:14

Dünya futbolunun əfsanəsi Zinəddin Zidanın böyük oğlu Entso Zidan 29 yaşında karyerasını bitirib.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Onun özəl həyatına vaxt ayırmaq və diqqətini investisiya fəaliyyətinə yönəltməyi planlaşdırdığı deyilir.

Qeyd edək ki, Entsonun son klubu "Fuenlabrada" olub. Futbolçu klubda 29 oyun keçirib. O, 2023-cü ilin yayında komandadan ayrılıb.

O, "Real Madrid" akademiyasının məzunudur. Entso "kral klubu"nun əvəzedici komandasında 100-dən çox oyun keçirib, 16 avqust 2016-cı ildə "Real"ın əsas komandasında debüt etdi. 

Entso həmçinin, "Alaves", "Lozanna", "Almeriya" və digər klublarda çıxış edib. O, peşəkar futbolda 203 oyun keçirib, 13 qol vurub və 24 məhsuldar ötürmə edib.


Etiketlər:  Zidanın oğlu karyerasını bitirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ