Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” “Tottenhem”i gözündə çox ucaltsa, problem olacaq” – Artim Şakiri

“Qarabağ” “Tottenhem”i gözündə çox ucaltsa, problem olacaq” – Artim Şakiri

Tarix: 25 Sentyabr 2024 16:20

Sonxeber.net xəbər verir ki, "Qarabağ"ın sabiq futbolçusu Artim Şakiri QOL.az-a müsahibə verib.

A.Şakiri 2008/2009 mövsümündə Azərbaycanda çıxış edib. O, "Qarabağ"la Azərbaycan kubokunu qazanıb.

51 yaşlı makedoniyalı keçmiş yarımmüdafiəçiyə əsasən Ağdam klubu ilə bağlı suallar ünvanladıq. 

- Azərbaycan və "Qarabağ"ı necə xatırlayırsınız?
 
- Çox gözəl xatirələrim var. Bakıda çox yaxşı günlər keçirmişəm. Azərbaycanda yaşamağımdan zövq almışam. "Qarabağ"da çıxış etdiyim dövrdə özümü vətənimdəki kimi hiss edirdim.

- Hazırda nə işlə məşğulsunuz?

- Bir müddətdir ki, çalışmıram. Hazırda klub axtarışındayam.

- Azərbaycana məşqçi kimi qayıtmaq istərdiniz?

- Bəli, hansısa klubdan təklif alsam, Azərbaycana qayıtmaq, orada işlmək istəyərəm.

- "Qarabağ" klubundan əlaqə saxladığınız şəxslər var? 

- Futbolçulardan indikilərlə yox, amma keçmiş komanda yoldaşlarımdan bəziləri ilə əlaqəmiz qalır. Həm də klub rəhbərliyi ilə də əlaqələrimiz davam edir.

- "Qarabağ" sabah Avropa Liqasında "Tottenhem"in qonağı olacaq. Sabiq komandanızın oyunundan nə gözləyirsiniz?

- Düşünürəm ki, "Qarabağ"ın futbolçuları 90 dəqiqə ərzində var qüvvələri ilə çalışmalıdırlar. Topu itirməmək, yaxud da qazanmaq üçün belə rəqibə qarşı çoz əziyyət çəkməlisən. Çox çətin oyun olacaq.

- Düşünürsünüz ki, güclər arasında fərq çox böyükdür?

- Əslində belədir. Amma bunu "Qarabağ"ın futbolçuları düşünməməlidir. Onlar rəqibə həddindən çox hörmət etsə, yəni gözlərində çox ucaltsalar, oyunlarında problem olacaq.

- İngiltərədə "Vest Bromviç"də çıxış etmisiniz. "Tottenhem"ə qarşı oynamaq imkanınız olub?
 
-  "Vest Bromviç"dəki ilk mövsümümdə komanda Çempionşipdə mübarizə aparırdı. Növbəti il Premyer Liqaya vəsiqə qazansaq da, "Tottenhem"lə oyunlarda meydana çıxmamışam. Ehtiyatda qalmışam.

- "Qarabağ"ın avrokubok oyunlarını izləyirsiniz? 

- Bəli, nə vaxt imkan tapsam, baxıram. Avrokuboklardakı oyunlarının demək olar ki, çoxunu izləyirəm.

- "Qarabağ"ın yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsindəki şanslarını necə qiymətləndiririsiniz?
 
- Məncə, bu turnirdə hər komanda üçün şans var. "Qarabağ" avrokuboklarda hər il çox yaxşı çıxış edir. İndi də istənilən komandaya qalib gələ bilərlər, amma bu, o qədər də asan deyil.
 


Etiketlər:  Qarabağ Tottenhemi gözündə çox ucaltsa problem olacaq Artim Şakiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ