Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna geri çəkilir, bu şəhərin işğalı an məsələsidir

Ukrayna geri çəkilir, bu şəhərin işğalı an məsələsidir

Tarix: 26 Sentyabr 2024 09:34

Ukrayna Silahlı Qüvvələri yəqin ki, Uqledarı tərk etməyə başlayıb. Düşmən cinahlarından irəliləməyə davam etdiyi üçün şəhərin Rusiya tərəfindən işğalı an məsələsidir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri "Deep State" analitik layihəsinin həmtəsisçisi Ruslan Mikula deyib.

"Düşmən şəhərdəki müdafiə qüvvələrinin bölmələrini mühasirəyə almaq məqsədilə hücum əməliyyatlarını davam etdirir. Ruslar Novoukrainka ərazisinə basqın edərək, Boqoyavlenkadan Uqledara gedən magistral yola çatmağa çalışırlar. Onların şəhərin özündə də irəlilədiyini görürük. Artıq Uqledar yaxınlığında Rusiya hücum təyyarələrinin videosu var. Buna görə də başa düşmək lazımdır ki, belə dinamika ilə şəhərin tam itirilməsi yalnız zaman məsələsidir", - R.Mikula vurğulayıb.


Etiketlər:  Ukrayna geri çəkilir şəhərin işğalı məsələsidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ