Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran bu ölkədə güclü hərbi təşkilat qurub - BMT

İran bu ölkədə güclü hərbi təşkilat qurub - BMT

Tarix: 27 Sentyabr 2024 17:26

Yəmən husiləri SEPAH-ın Qüds Qüvvələri, Livan Hizbullahı və iraqlı ekspertlərin dəstəyi ilə güclü hərbi təşkilata çevrilib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" BMT-nin sanksiya müşahidəçilərinin məxfi hesabatına istinadən məlumat yayıb.

"Husilər, HƏMAS, Hizbullah və İraq və Suriyadakı bir sıra digər silahlı qruplarla birlikdə son bir neçə onillikdə İran hökumətinin dəstəyi ilə yaradılan və fəaliyyətini davam etdirən "Müqavimət cəbhəsi"nin üzvləridir", - məlumatda bildirilib.

Birləşmiş Millətlər Təşkilatının sanksiya nəzarətçiləri öz hesabatlarında Yəmən husilərinin saxta pasportlardan istifadə edərək İran, Livan və İraqa səfər etdiklərini və bu ölkələrdə taktiki və texniki təlimlər keçdiklərini yazıblar.

Bu hesabata görə, 2015-ci ildən bəri BMT-nin silah embarqosu altında olan husilər İran və onun dəstəklədiyi qruplarla eyni silah sistemlərindən istifadə edirlər.

Qeyd edək ki, bir müddət əvvəl "Voll Street Jurnal" İranın Cibuti vasitəsilə Yəmən husilərinə silah göndərdiyi barədə məlumat yayıb.


Etiketlər:  İran ölkədə güclü hərbi təşkilat qurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ