Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2024 10:50
Fəallar Fransa hakimiyyəti tərəfindən yaradılmış, Mert və Mozel departamentində evsizlərə, qaçqınlara yardım göstərən "Yerləşdirmə və Sosial İnteqrasiya" assosiasiyasını islamofobiyada ittiham ediblər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə mənbəyə istinadən "Le Journal du Dimanche" qəzeti yazıb.
Onların narazılığına səbəb qurumun hicab taxmağa davam edən iki əməkdaşını işdən çıxarmaq niyyətində olmasıdır.
Qeyd olunur ki, assosiasiya əvvəllər daxili qaydalarını yeniləyib, iş yerlərində dini simvolların, o cümlədən hicabın açıq şəkildə geyinilməsini qadağan edib.
Buna baxmayaraq, iki əməkdaş hicab taxmağa davam edib, nəticədə onlar sentyabrın əvvəlində işdən çıxarılacaqları barədə məlumatlandırılıblar. Sentyabrın 26-da Həmkarlar İttifaqı Birliyi 80 işçisini toplantıya çağırıb.