Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış müğənni xərçəngə yoluxdu - FOTO

Tanınmış müğənni xərçəngə yoluxdu - FOTO

Tarix: 28 Sentyabr 2024 11:55

Türkiyəli müğənni Selcan Asyalı süd vəzi xərçənginə tutulub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, o kimyaterapiya qəbul etdiyi üçün saçlarını kəsdirmək məcburiyyətində qalıb.

Selcanın saçlarını öz qardaşı kəsib.

Bu barədə ifaçı sosial şəbəkədə paylaşdığı videoda bildirib.

Selcan pərəstişkarlarının da dəstəyi ilə bu xəstəliyə qalib gələcəyini vurğulayıb:

"Bu gün qardaşımın köməyi ilə saçlarımı kəsdim. Tökülməsini gözləyə bilmədim. Evin hər hansı bir yerində yaxud da yatağımda topa-topa saç görməyi qəbul edə bilməyəcəyimi düşündüm..

Mən güclü olacağımı zənn edirdim, amma doğrudu buna cəsarət edə bilmədim. Sonra saçlarımı belə kəsdik, sizin də dəstəyinizlə bu ağır müddəti keçirmək mənim üçün daha asan olacaq".

Milli.Az


Etiketlər:  Tanınmış müğənni xərçəngə yoluxdu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ