Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2019 12:36
Bakı. Elçin Mehdiyev – Trend:
Milli Məclisin bu gün keçirilən iclasında parlamentin buraxılması ilə bağlı qərarın hazırlanması üçün redaksiya heyəti yaradılıb.
Trend-in məlumatına görə, Milli Məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda bildirib ki, redaksiya heyətinə parlamentin vitse-spikeri Bahar Muradova, Hüquq siyasəti və dövlət quruculuq komitəsinin sədri Əli Hüseynli, deputat Fəzail İbrahimli, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sahibə Qafarova daxildir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin