Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir açıqladı - Bəs pensiyalar və maaşlar nə qədər artacaq?

Nazir açıqladı - Bəs pensiyalar və maaşlar nə qədər artacaq?

Tarix: 1 Oktyabr 2024 21:04

Xəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  gələn ildən ölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılacağını açıqlayıb.

Milli.Az xəbər verir ki, nazirin sözlərinə görə, qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsinin hazırlanıb.

Bəs pensiyalar və maaşlar nə qədər artacaq?

Minimum pensiya, minimum əməkhaqqı sonucu dəfə 2023-cü ilin yanvar ayında artırılıb. 2023-cü ildə inflyasiya 8.8 % olub, bu il isə 4-5 faiz olacağı gözlənilir. Bu da haradasa, ümumilikdə 13 faiz edir.

Ekspertlərin pronozlarına görə minimum pensiya və əməkhaqqılarda minimum 10, maksimum 15 % artım ola bilər. 

İqtisadçı millət vəkili Vüqar Bayramovun dediyinə görə, gözlənti məhz ikirəqəmli artımın olması ilə bağlıdır. Biz bununla bağlı müzakirələrdə iştirak edəcəyik. Bu müzakirələr büdcə paketi çərçivəsində həyata keçiriləcək. Bütün bunlar imkan verəcək ki, bu istiqamətdə təkliflərimizi təqdim edib, mövcud fiskal imkanlar daxilində həm minimum əməkhaqqında, həm də minimum pensiyada daha çox artımların həyata keçirilməsi reallaşa bilsin.

"Yaxın aylarda biz hər iki istiqamətdə artımların həyata keçirilməsini müşahidə edə biləcəyik. Bu, xüsusən də az əməkhaqqı və az pensiya alan vətəndaşların sosial təminatının daha da yaxşılaşdırılmasına və onların sosial müdafiəsinin gücləndirilməsinə imkan yaradacaq"

İqtisadçı-ekspert Elşad Məmmədov bildirib ki, minimum əməkhaqqı 400 manat ətrafında formalaşacağını proqnozlaşdıraq olar:

"Minimum pensiyaya gəldikdə isə, burada artım Dövlət Statistika Komitəsinin illik elan etdiyi inflyasiya göstəricilərinə uyğun olacaq. Pensiyaların indeksləşdirilməsi bu xüsusda həyata keçiriləcək".

E.Məmmədovun sözlərinə görə, son 6 ildən artıq bir müddətdə ölkədə qabaqlayıcı sosial müdafiə tədbirlərinin həyata keçirilməsi çox aktiv vüsət alıb: "Əməkhaqqı fondunda, minimum və orta əməkhaqlarında, minimum və orta pensiyada biz bunu müşahidə etdik. Prezidentin səsləndirdiyi fikirlərdən o qənaətə gəlmək olar ki, yaxın aylarda minimum əməkhaqqının və minimum pensiyanın artırılması ilə bağlı müvafiq qərarlar gözlənilir. Düşünürəm ki, bu siyasətin ardıcıl davam etdirilməsi, sosial müdafiə sistemində şəffaflığın təminatına söykənən bir məsələdir. Effektiv idarəetmə və şəffaflığın təmin edilməsi dövlətimizin bu istiqamətdə gördüyü işlərin inkişaf etdirməsinə böyük şərait yaratmış olur. Düşünürəm ki, bu siyasət ardıcıl şəkildə davam etdirilməlidir".

E.Məmmədov hesab edir ki, hər iki istiqamət üzrə görülən tədbirlər öz məntiqi nəticələrini göstərir: "Bu, bütövlükdə həm ölkənin büdcə daxilolmalarına müsbət təsir göstərməli, həm də onun davamı olaraq sosial xərclərin artırılmasına müvafiq təkanverici amil kimi çıxış etməlidir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda sosial müdafiə yönümlü tədbirlərin davamlı olaraq həyata keçirilməsi əmək münasibətlərinin şəffaflaşdırılması və leqallaşdırılması prosesinə təkan verməkdədir".

Milli.Az


Etiketlər:  Nazir açıqladı Bəs pensiyalar maaşlar qədər artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ