Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran XİN-ə yeni mətbuat katibi təyin edildi

İran XİN-ə yeni mətbuat katibi təyin edildi

Tarix: 2 Oktyabr 2024 18:58

İran xarici işlər naziri Abbas Araqçi İsmayıl Bəqayini Nazirliyin İctimai Diplomatiya Mərkəzinin rəhbəri və sözçüsü vəzifəsinə təyin edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İran XİN məlumat yayıb.

Bildirilib ki, Bəqayi bundan əvvəl xarici işlər nazirinin köməkçisi vəzifəsində çalışıb.

O, həmçinin İranın BMT-nin Cenevrə bölməsindəki səfiri və daimi nümayəndəsi, XİN-in hüquq şöbəsinin müdiri, ölkəsinin BMT-dəki nümayəndəsi vəzifələrində fəaliyyət göstərib.

Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəyə Naser Kənani rəhbərlik edirdi.

Milli.Az


Etiketlər:  İran XİN yeni mətbuat katibi təyin edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ