Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan müxalifətə Azərbaycanla bağlı bu addımı qadağan etdi

Paşinyan müxalifətə Azərbaycanla bağlı bu addımı qadağan etdi

Tarix: 2 Oktyabr 2024 19:36

Ermənistanın baş naziri Nikol Paşinyan parlament saatı zamanı bildirib ki, o, müxalifətə Azərbaycanla sülh sazişi layihəsi ilə tanış olmağı qadağan edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Mən sizə sənədlə tanış olmaq imkanı verdim, bundan sonra cəmiyyətimizə nağıl danışmağa başladınız. Mən də sizə bu sənədə baxmağı qadağan etdim və düzgün etdim", - deyə o bildirib.

Əvvəllər bir neçə müxalifət deputatı sənəd layihəsi ilə tanış olub və bundan sonra bir neçə siyasi bəyanatla çıxış edib. Paşinyan qeyd edib ki, onlar "manipulyasiya" etmək qərarına gəliblər.

Belə olduqda, baş nazir "diplomatik etikaya" əsaslanaraq bu sənədi dərc etməkdən imtina edib. O əlavə edib ki, mümkün saziş sülh müqaviləsinin icrasının gedişinə, diplomatik münasibətlərin qurulmasına və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına nəzarət etmək üçün Azərbaycan-Ermənistan komissiyasının yaradılmasını nəzərdə tutur.


Etiketlər:  Paşinyan müxalifətə Azərbaycanla bağlı addımı qadağan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ