Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sarkisyana bəraət verdiyi üçün işdən çıxarıldı

Sarkisyana bəraət verdiyi üçün  işdən çıxarıldı

Tarix: 4 Oktyabr 2024 15:18

Ermənistan Ali Məhkəmə Şurası keçmiş prezident Serj Sarkisyanın məhkəmə prosesinə sədrlik edən hakim Vahe Misakyanın işinə xitam verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə Ədliyyə Nazirliyinin İrəvan birinci instansiya məhkəməsinin hakimi Vahe Misakyanın intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı vəsatətini təmin edib.

Xatırladaq ki, 2019-cu il dekabrın 4-də Ermənistan Xüsusi İstintaq Xidməti (indiki Korrupsiyaya Qarşı Mübarizə Komitəsi) Sarkisyanı dövlət büdcəsindən yarım milyard dramın (1 milyon dollardan çox) oğurlanmasını təşkil etməkdə ittiham edib. Onun barəsində həbs qətimkan tədbiri seçilərək, ölkəni tərk etməmək barədə qərar çıxarılıb. Bu ilin mayın 31-də isə məhkəmə Sarkisyana cinayət sübutunun olmamasını əsas gətirərək bəraət verib.


Etiketlər:  Sarkisyana bəraət verdiyi üçün işdən çıxarıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ