Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makronda xəbərdarlıq: AB ölə bilər...

Makronda xəbərdarlıq: AB ölə bilər...

Tarix: 4 Oktyabr 2024 17:16

Avropa Birliyi ABŞ və Çinlə rəqabətədavamlı olmasa, ölə bilər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

"Vaşinqton və Pekin iqtisadi artım və investisiyalarda AB-ni geridə qoyur. AB ölə bilər, çox vacib bir anın astanasındayıq. Köhnə modelimiz bitdi - biz həddindən artıq tənzimləyirik və az investisiya edirik. Yaxın iki-üç ildə klassik gündəliyimizə sadiq qalsaq, bazardan çıxacağıq", - Makron bildirib.

Makron həmçinin AB-yə üzv dövlətləri ABŞ şirkətləri ilə rəqabət apara biləcək transsərhəd şirkətlərin yaradılmasını təşviq etməyə çağırıb.


Etiketlər:  Makronda xəbərdarlıq ölə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ