Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2024 22:26
Syu Qrey Böyük Britaniyanın Baş naziri Keyr Starmerin Aparat rəhbəri vəzifəsindən istefa verib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Quardian" məlumat yayıb.
Qreyi tanınmış siyasətçi Morqan Maksvini əvəz edəcək. Qrey isə hökumətdə baş nazirin regionlar və ölkələr üzrə nümayəndəsi kimi yeni vəzifə tutacaq.
Qeyd edək ki, Qreyin maaşının mətbuata sızdığı və onun baş nazirdən 3000 funt sterlinq daha çox maaş aldığı üzə çıxandan sonra qalmaqal yaranmışdı.