Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2024 13:10
13:07
İran İslam İnqilab Keşikçilərinin (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaaninin vəziyyəti yaxşıdır və işini davam etdirir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu SEPAH-ın Qüds Qüvvələri komandanının müavini İrəc Məscidi deyib.
General bildirib ki, Qaani sağlamdır və aktivdir.
Qeyd edək ki, İsrailin Beyruta endirdiyi hava hücumlarından sonra Qaaninin öldüyünə dair xəbərlər yayılıb.
------------
10:06
Etibarlı mənbələr İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri general-mayor İsmayıl Kaaninin ölümünü təsdiqləyiblər.
Sonxeber.net xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.
Bildirilib ki, onun cəsədi İranın xarici işlər naziri Abbas Əraqçının Beyruta səfəri zamanı Tehrana gətirilib.
Mənbələrdən birinin sözlərinə görə, cümə axşamı hücum baş verəndə Kaani Beyrutun cənub ətrafında olub. O da vurğulanıb ki, həmin hücum zamanı Həsən Nəsrullahın mümkün varisi Haşim Səfiəddin hədəf alınıb. Lakin rəsmi şəxs Kaaninin Səfiəddinlə görüşü olmadığını qeyd edib. Mənbə, həmçinin əlavə edib ki, o vaxtdan bəri iranlı rəsmilər və "Hizbullah" hərəkatının nümayəndələri Kaani ilə əlaqə saxlaya bilməyiblər.
İkinci rəsmi şəxs də təsdiqləyib ki, Kaani Nəsrullahın ölümündən sonra Livana gedib və Səfiəddinə qarşı ehtimal olunan hücumdan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd etmək lazımdır ki, Kaani bu vəzifəyə Qasim Süleymaninin yerinə təyin edilmişdi.