Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Putinin ad gününü təbrik etdi

Paşinyan Putinin ad gününü təbrik etdi

Tarix: 7 Oktyabr 2024 14:18

14:15

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb.

Məlumata görə, Paşinyan Putinə ünvanladığı təbrik məktubunda hazırkı mərhələdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi üçün ardıcıl işin zərurətindən bəhs edib. 

Xatırladaq ki, bu gün Vladimir Putinin 72 yaşı tamam olur.

----------
12:23


Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası keçiriləcək. Bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dövlət başçıları MDB çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparacaq və 2025-ci ildə Birliyə sədrlik barədə qərar qəbul edəcəklər.

Bu gün 72 yaşını qeyd edən Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin başçılarını qəbul edəcək. Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, dövlət başçısı günün birinci yarısında qeyri-ictimai iş görüşləri keçirəcək.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın da MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirakı gözlənilir.

Ermənistan mediası yazır ki, Paşinyan Moskvaya Putini təbrik etməyə gedəcək.

Onu da qeyd edək ki, Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfərə gedib.

Milli.Az


Etiketlər:  Paşinyan Putinin gününü təbrik etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ