Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İranın əlində Amerika qanı var” - Harris

“İranın əlində Amerika qanı var” - Harris

Tarix: 8 Oktyabr 2024 09:16

"İran dünyanın bütün ölkələri arasında ABŞ-nin əsas düşmənidir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Amerikanın vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris CBS telekanalına müsahibəsində açıqlayıb.

"İranın əlində Amerika qanı var. Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir", - Harris deyib.

O, ABŞ-nin İranın nüvə silahı istehsal etdiyinə dair sübutlar tapacağı təqdirdə, hərbi əməliyyatlara əl atılacağı ilə bağlı sualları cavablandırmayıb.

Bundan başqa, vitse-prezident Kiyevdən olan nümayəndələrin iştirakı olmadan Rusiya dövlət başçısı Vladimir Putinlə Ukraynadakı münaqişənin həllini müzakirə etməyəcəyini bildirib.

"Ukraynadakı münaqişəyə son qoymaq üçün Putinlə görüşərsinizmi" sualına o, belə cavab verib: "Ukraynasız ikitərəfli əsasda yox. Kiyev ölkənin gələcəyi ilə bağlı söz sahibi olmalıdır".

Harris Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmək barədə suala dəqiq cavab verməyib.

Milli.Az


Etiketlər:  İranın əlində Amerika qanı Harris


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ