Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2019 18:44
Bakı. Trend:
Tehranın Şərif Universitetinin Fizika fakültəsinin professoru Söhrab Rahvar Bakı Dövlət Universitetinin Nano Araşdırmalar Mərkəzində “Nobel Prize in Cosmology (2019): Our understanding from the evolution of the Universe to our place in cosmos” mövzusunda seminarda çıxış edib.
Seminarda 2019-cu ilin Nobel mükafatçılarının tədqiqatlarından danışılıb. Mövzu üzrə Böyük Partlayış (“Big Bank”) nəzəriyyəsi və onun həll olunmayan problemləri ətrafında müzakirələr aparılıb. Kaintın təkamülünün müxtəlif mərhələlərində baş verən fiziki proseslər haqqında əraflı məlumat verən professor Söhrab Rahvar, əsas diqqəti qravitasiya mikrolinzalaşdırma üsulu ilə kosmik obyektlərinin öyrənilməsinə yönəldib.
Seminarda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Nano Araşdırmalar Mərkəzinin, Fizika Problemləri İnstitutunun və Astrofizika kafedrasının əməkdaşları, doktorant və magistrantları iştirak ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin