Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə bu sosial şəbəkəyə giriş bloklandı - FOTO

Türkiyədə bu sosial şəbəkəyə giriş  bloklandı - FOTO

Tarix: 9 Oktyabr 2024 09:40

Türkiyədə "Discord" messencerinə giriş bloklanıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç "X" hesabında məlumat yayıb.

Onun sözlərinə görə, qərar Ankara 1-ci Sülh Cəza Məhkəməsi tərəfindən verilib.

Qeyd edək ki, sözügedən platformada bəzi qruplar tərəfindən xüsusilə uşaqların təhdid, şantaj, zorakılıq və cinsi istismara məruz qaldığı iddiaları gündəmə gəlmişdi. Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu da, tətbiqin qadağan edilməsi istiqamətində hər hansı bir qərar verilmədiyini, lakin girişi məhdudlaşdırmaq üçün hazırda müəyyən tələblərin yerinə yetirilməsinin müzakirə edildiyini bildirmişdi.


Etiketlər:  Türkiyədə sosial şəbəkəyə giriş bloklandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ