Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş katib rus ordusunun gündəlik itkisini açıqladı

Baş katib rus ordusunun gündəlik itkisini açıqladı

Tarix: 9 Oktyabr 2024 21:08

Rusiya ölkənin kritik enerji infrastrukturuna hücumu davam etdirdiyi üçün Ukrayna ən sərt qışı yaşamağa məhkumdur.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu NATO-nun yeni baş katibi Mark Rutte deyib.

"NATO Ukraynaya daha çox kömək etməlidir və edəcək. Biz nə qədər çox hərbi dəstək etsək, bu müharibə bir o qədər tez bitəcək", - Rutte bildirib.

O vurğulayıb ki, NATO ölkələrinin köməyi Ukraynanın mübarizəni davam etdirməsi üçün həyati əhəmiyyət kəsb edir.

NATO-nun baş katibi cəbhədəki vəziyyəti Ukrayna üçün "çətin" adlandırıb:

"Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin bir hissəsini ələ keçirsə də, ruslar Donbasda yavaş-yavaş irəliləməyə davam edir".

O, Rusiyanın itkilərinin çox olduğunu, hər gün 1000 ölü və yaralı qurban verdiklərini qeyd edib.


Etiketlər:  Baş katib ordusunun gündəlik itkisini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ