Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2024 22:00
Qlobal neft bazarı hazırda İsrail və İran arasında münaqişənin gərginləşməsi riski səbəbindən təzyiq altındadır.
Sonxeber.net valyuta.az-a istinadən xəbər verir ki, dünya neft hasilatının təqribən 20%-nə nəzarət edən İran hər an İsrailin hücumuna məruz qala bilər ki, bu da neftin qiymətinin kəskin artmasına səbəb ola bilər.
Bununla belə, neftin qiyməti artıq yüksəlir: məsələn, Brent markalı neftin bir barreli 80 avroya satılır ki, bu da həftənin əvvəli ilə müqayisədə 10% çoxdur. Amerikanın Qərbi Texas nefti də 10% bahalaşaraq barrel üçün 75 dollara çatıb.
Ekspertlər Yaxın Şərqdə münaqişənin kəskinləşəcəyi təqdirdə qiymətlərin 85 dolları, ola bilsin ki, bir barel üçün 100 dollardan yuxarı qalxa biləcəyini proqnozlaşdırırlar. Bu, İsrail qüvvələrinin İranın neft obyektlərinə hücum edə biləcəyi qorxusu ilə bağlıdır.
İsrailin baş naziri Benyamin Netanyahu artıq Tehrana son raket hücumlarına hərbi cavab verəcəyini vəd edib. Eyni zamanda ABŞ prezidenti Co Bayden İranın neft və nüvə infrastrukturuna hücumlardan çəkinməyə çağırıb.
Neftin qiymətinin artması benzinin qiymətinə təsir edə bilər. Hazırda neftin bahalaşması yanacaq qiymətlərinə az təsir göstərsə də, ekspertlər vəziyyətin tezliklə dəyişə biləcəyi barədə xəbərdarlıq edirlər.