Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan XİN Niderland tərəfinini bölgədə sülhə qarşı olan birtərəfli mövqedən əl çəkməyə çağırıb

Azərbaycan XİN Niderland tərəfinini bölgədə sülhə qarşı olan birtərəfli mövqedən əl çəkməyə çağırıb

Tarix: 12 Oktyabr 2024 02:21

Niderland tərəfini bölgədə sülhə qarşı olan birtərəfli mövqedən əl çəkməyə çağırırıq.

Sonxeber.net xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Niderland Krallığının Parlamentinin əsassız qətnamələrinə və xarici işlər naziri Kaspar Veldkampın qərəzli fikirlərinə dair şərhində deyilir.

"Niderland tərəfinin iddialarında "hərbi əsirlər" kimi istinad edilən şəxslər Azərbaycan ərazisində separatçılıq, qəsdən öldürmə, işgəncə, terrorçuluq və digər insanlıq əleyhinə cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları, Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var. Buna görə də, qeyd edilən məsələdə Azərbaycana qarşı səslənən bütün fikirlərin heç bir əhəmiyyəti yoxdur.

Niderland tərəfini bölgədə sülhə qarşı olan və Azərbaycan-Niderland münasibətlərində gərginlik yaradan birtərəfli mövqedən əl çəkməyə çağırırıq", - deyə A.Hacızadə bildirib.

O qeyd edib ki, Azərbaycan Niderland Krallığının Parlamentinin Nümayəndələr Palatasının 10 oktyabr tarixində Azərbaycan əleyhinə qəbul etdiyi növbəti iki qətnaməni qətiyyətlə rədd edir.

"Bununla yanaşı, Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrinin və terrorçuların "hərbi əsir" kimi qələmə verilərək azad edilməsinə dair çağırışları qəbuledilməzdir", - deyə A.Hacızadə bildirib.


Etiketlər:  Azərbaycan XİN Niderland tərəfinini bölgədə sülhə qarşı olan birtərəfli mövqedən çəkməyə çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ