Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2024 23:36
BMT-nin Cənubi Livandakı müvəqqəti qüvvələri yenə də mövqelərində xidməti davam etdirirlər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə sülhməramlı qüvvələrin rəsmi nümayəndəsi Andrea Tenenti bildirib.
Qeyd edək ki, iki gün əvvəl İsrail əsgərləri Livanın cənubunda üç istiqamətdə BMT sülhməramlılarının mövqeyini atəşə tutub, iki hərbçi yaralanıb.
Bundan əvvəl İsrail BMT qüvvələrinin geri çəkilməsini tələb etmiş, amma rədd cavabı almışdı.