Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yuxunuzun nizamlı və sağlam olması üçün buna diqqət etməlisiniz

Yuxunuzun nizamlı və sağlam olması üçün buna diqqət etməlisiniz

Tarix: 13 Oktyabr 2024 15:12

"Yuxunuzun nizamlı, sağlam və keyfiyyətli olması üçün gün ərzində istehlak etdiyiniz qidalara diqqət etməlisiniz".

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində qurumun mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.

Onun sözlərinə görə, gün ərzində mineral və vitaminləri balanslı və düzgün qəbul etmək, yağlı qidalardan və qazlı içkilərdən uzaq durmaq axşam yatarkən daha keyfiyyətli yuxuya kömək edəcək:

"Balanslaşdırılan qidalanma həm də bədənin qan təzyiqini tarazlaşdıracaq və yuxu hormonu olan melatoninin funksiyasını artıracaq. Yatmazdan əvvəl səhər oyanmadan təxminən 10-12 saat əvvəl yeməyi dayandırmalısınız. Yuxudan dərhal əvvəl həddindən artıq yemək yuxunuzu poza bilər".

Terapevt qeyd edib ki, xüsusilə həzmi çətin olan ət, şişkinliyə səbəb olacaq bulqurlu qidalar, qızardılmış yeməklər kimi ağır qidalar yemək yuxuya getməyinizi çətinləşdirəcək və buna görə də yuxu keyfiyyətinizə təsir edəcək:

"Yatmazdan əvvəl bir stəkan çobanyastığı, cökə və s. bitki çayları içmək faydalıdır. Beləliklə, vücudunuz rahatlayacaq və daha rahat yuxuya gedə biləcəksiniz. Həftəsonları bu saat qurşaqlarına diqqət yetirərək nizamlı yuxu cədvəli yaratsanız, orqanizminiz bir neçə həftə ərzində yeni rejimə alışacaq. Bu zaman yatmaq istəməsəniz belə, vücudunuz nizamlı olaraq yuxu siqnalı quracaq və yuxusuzluq probleminiz olmayacaq".


Etiketlər:  Yuxunuzun nizamlı sağlam olması üçün buna diqqət etməlisiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ