Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Pxenyanın tərəfində Cənubi Koreyaya qarşı vuruşacaq?

Rusiya Pxenyanın tərəfində Cənubi Koreyaya qarşı vuruşacaq?

Tarix: 15 Oktyabr 2024 14:40

Kreml Şimali Koreya Cənubi Koreya ilə müharibə edəcəyi təqdirdə Moskvanın Pxenyanın tərəfində vuruşub-vuruşmayacağına aydınlıq gətirib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskovdan Koreya yarımadasında müharibə olacağı təqdirdə Rusiyanın Pxenyanın tərəfində vuruşacağına dair sual ünvanlanıb.

Peskov cavabında bildirib ki, Rusiya və KXDR arasında saziş "təhlükəsizlik sektoru da daxil olmaqla, bütün sahələrdə dərin əməkdaşlığı" nəzərdə tutur.

Kremlin sözçüsü əlavə edib ki, sazişdəki ifadələrin aydınlaşdırılmasına ehtiyac yoxdur, onlar kifayət qədər birmənalıdır.

Qeyd edək ki, oktyabrın 14-də Rusiya Prezidenti Vladimir Putin KXDR ilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilənin ratifikasiyası layihəsini Dövlət Dumasına təqdim edib. Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında 2024-cü il iyunun 19-da Pxenyanda imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş tərəflərdən birinə hücum zamanı hərbi və digər yardımları nəzərdə tutur.


Etiketlər:  Rusiya Pxenyanın tərəfində Cənubi Koreyaya qarşı vuruşacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ