Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2024 17:52
Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan İtaliyaya diplomatik fəaliyyətə gedir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.
"4 aydan artıqdır Ukraynada qanunsuz işləyən Ermənistan səfiri Vladimir Karapetyan İtaliyaya gedəcək, onunla razılaşma məsələsi həll olunub. O, 2021-ci il iyunun 1-də üç il müddətinə Kiyevə səfir təyin edilib, lakin nə Xarici İşlər Nazirliyi, nə də prezident onun geri çağırılması və ya iş müddətinin uzadılması ilə bağlı fərman verib. Xarici İşlər Nazirliyi Karapetyanın iki aya yaxındır Ukraynada fəaliyyətini hansı əsasla davam etdirməsi ilə bağlı suala aydınlıq gətirməyib. Kiyevdə səfir postuna namizəd də müzakirə olunur. Bəzi şayiələrə görə, ora Baş nazirin müşaviri Ambartsum Matevosyan göndəriləcək", - məlumatda deyilir.